İyulun 17-də ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan isə 14 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Postxronika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

​Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 111, o cümlədən borclu şəxs qismində axtarılan 80 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Məlumata görə, müxtəlif cinayətlər törətməkdə şübhəli bilinən daha 50 nəfər də tutulub.

​Gün ərzində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 7 fakt müəyyən edilib.