UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək “Payde” – “Zirə” oyununun hakimləri müəyyənləşib.
Postxronika.az xəbər verir ki, Estoniyada baş tutacaq qarşılaşmanı moldovalı FIFA referisi Roman Jitari idarə edəcək. Ona həmyerliləri Viktor Mardari və Andrey Bodean yan xətt hakimləri kimi köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Andrey Brequta yerinə yetirəcək.
Qeyd edək ki, Roman Jitari cari mövsüm UEFA Avropa Liqasının I təsnifat mərhələsində keçirilən “Qarabağ” – “Vestri” matçını da idarə edib. Həmin görüşdə Ağdam təmsilçisi rəqibini 3:0 hesabı ilə məğlub etmişdi.
Xatırladaq ki, “Payde” – “Zirə” qarşılaşması iyulun 23-də Estoniyanın Parnu şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.