Rumıniyada Avropa Şahmat İttifaqının (ECU) rəhbər vəzifələrinə seçkilər keçirilib.
Postxronika.az xəbər verir ki, səsvermənin nəticələrinə əsasən, təşkilatın hazırkı prezidenti Zurab Azmayparaşvili səs çoxluğu qazanaraq növbəti 4 il müddətinə yenidən Avropa Şahmat İttifaqının prezidenti seçilib.
Ardınca vitse-prezident vəzifəsi üzrə seçkilər baş tutub. Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin üzvü Sərxan Həşimov 34 səs toplayaraq Avropa Şahmat İttifaqının vitse-prezidenti seçilib. Qurumun rəhbərliyində ümumilikdə üç vitse-prezident fəaliyyət göstərəcək.
Qeyd edək ki, seçkilərdə qonaq qismində Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov da iştirak edib.