Bakının Sabunçu rayonu, R.Rüstəmov küçəsində yerləşən açıq ərazidə yanğın baş verib.

Postxronika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə hadisə ilə bağlı məlumat daxil olduqdan sonra dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Hadisə ilə bağlı əlavə məlumat veriləcəyi bildirilib.