İraqın Ərbil şəhərində bir-birinin ardınca güclü partlayış səsləri eşidilib.

Postxronika.az APA-ya istinadən xəbər verir ki, hadisədən dərhal sonra hava hücumundan müdafiə sistemləri aktivləşdirilib. Məlumata görə, səmada bir neçə pilotsuz uçuş aparatı (PUA) vurularaq məhv edilib.

İlkin ehtimallara əsasən, hücumun hədəfi Ərbil Beynəlxalq Hava Limanının yaxınlığında yerləşən və ABŞ hərbçilərinin istifadəsində olan hərbi obyekt olub.

Partlayışlar nəticəsində hər hansı tələfat və ya dağıntının olub-olmaması barədə hələlik rəsmi açıqlama verilməyib.