İraq ölkənin Baş naziri Əli əl-Zaidinin ABŞ-yə səfəri zamanı bağlanmış enerji müqavilələri və sazişlərin dəyərini təxminən 200 milyard dollar qiymətləndirir.

Postxronika.az INA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin neft naziri Bəsim Məhəmməd Xudayr bildirib.

Nazirin sözlərinə görə, "HKN Energy", "Chevron" və "Halliburton" ilə razılaşmalar, eləcə də Hədisa-Baniyas neft kəmərinə dair Suriya ilə saziş neft və qaz hasilatının artmasına, iş yerlərinin yaradılmasına və iraqlı mütəxəssislərin hazırlanmasına töhfə verməlidir.

B.Xudayr bildirib ki, İraqın neft hasilatı gücü gündəlik 4,8 milyon bareli ötüb. Onun sözlərinə görə, ölkə həmçinin ixrac kvotasının artırılması ilə bağlı OPEC-lə danışıqlar aparır və 2030-cu ilə qədər təbii qaza olan tələbatını tamamilə öz hasilatı hesabına təmin etmək niyyətindədir.

Nazirin sözlərinə görə, İraq Türkiyə şirkətlərinin neft yataqlarının işlənməsində iştirakının da əleyhinə deyil.