ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların yenidən başlanması imkanını nəzərdən keçirdiyini açıqlayıb.

Postxronika.az xəbər verir ki, Tramp bu barədə “Axios” nəşrinə müsahibəsində danışıb.

ABŞ lideri bildirib ki, hələlik yekun qərar qəbul etməyib, lakin daha genişmiqyaslı hərbi əməliyyat variantını ciddi şəkildə dəyərləndirir.

“Mən genişmiqyaslı əməliyyat imkanını nəzərdən keçirirəm və qərar verməyə yaxınam. Biz hamımız buna hazırıq. Əgər mən İsraildən bunu xahiş etsəm, iki dəqiqəyə qoşulacaq”, – deyə Donald Tramp bildirib.

Prezident əlavə edib ki, İran tərəfi danışıqlar aparmaq niyyətindədir, lakin hələlik hər hansı razılaşmanın əldə olunması üçün hazır görünmür.

Tramp, həmçinin mümkün əməliyyatın daha əvvəl həyata keçirilən “Epik qəzəb” əməliyyatından da genişmiqyaslı ola biləcəyini istisna etməyib.