Küveyt və Bəhreyn iyul ayında İran ərazisində yerləşən bir sıra hərbi obyektlərə gizli hava zərbələri endirib.

Postxronika.az xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) mənbələrə istinadən məlumat yayıb.

Nəşrin iddiasına görə, Bəhreyn və Küveyt Hərbi Hava Qüvvələri raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı obyektlər də daxil olmaqla bir sıra hərbi hədəflərin məhv edilməsi üçün qırıcı təyyarələrdən istifadə edib. Bildirilir ki, əməliyyatın həyata keçirilməsi üçün kəşfiyyat məlumatlarını Birləşmiş Ərəb Əmirlikləri təqdim edib.

Məlumat İranın ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bred Kuperin region ölkələrinin İrana qarşı hərbi əməliyyatlarda iştirak etdiyinə dair açıqlamasından sonra səsləndirdiyi xəbərdarlıq fonunda yayılıb.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi bildirib ki, əgər ABŞ-nin bu iddiaları həqiqətə uyğun deyilsə, adı hallanan ölkələr bunu rəsmi şəkildə təkzib etməlidirlər. Onun sözlərinə görə, əks halda İran həmin ölkələrin ərazisində yerləşən ABŞ hərbi bazaları və obyektlərinə cavab zərbələri endirmək hüququnu özündə saxlayır.