İranın xarici işlər naziri Abbas Əraqçi rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb.
Postxronika.az xəbər verir ki, bu barədə Abbas Əraqçi “Teleqram” kanalında məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı tərəflər regionda və dünyada baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko iyulun 24-də Sergey Lavrovun Tehrana planlaşdırılan səfərinin hazırlıq mərhələsində olduğunu açıqlamışdı.