31 iyul- 2 avqust 2026-cı il tarixlərində İtaliyanın Vareze şəhərində akademik avarçəkmə üzrə Avropa çempionatı keçirilcək.

Postxronika.az xəbər verir ki, qitənin ən güclülərinin müəyyənləşəcəyi yarışda Azərbaycan Su İdman Növləri Federasiyası ölkəmizi iki idmançı ilə təmsil edəcək. Ziya Məmmədzadə və Nurlan Paşayev yüngül çəkidə ikinəfərlik akademik avarçəkmə qayığında mükafatçılar sırasına düşməyə çalışacaqlar. 

Qeyd edək ki, komandaya federasiyanın icraçı vitse-prezidenti Fərhad Əliyev rəhbərlik edəcək.