İyulun 27-si üçün tibbi-meteoroloji proqnoz açıqlanıb.

Postxronika.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, sabah Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi, bunun fonunda isə havanın temperaturunun aşağı enəcəyi gözlənilir.

Məlumata görə, gözlənilən hava şəraiti əksər meteohəssas insanlar üçün əlverişli hesab olunur.