İsrail və ABŞ-nin İrana qarşı hərbi əməliyyatları başlayandan bəri 624 ABŞ hərbçisi yaralanıb.
Postxronika.az xəbər verir ki, bu barədə The New York Times Pentaqonun məlumatlarına istinadən yazıb. Bildirilir ki, Pentaqon iyulun 7-dən etibarən, atəşkəsin pozulmasından sonra başlayan yeni gərginlik mərhələsi fonunda itkilərlə bağlı statistik məlumatları xüsusi internet səhifəsində dərc etməyə başlayıb.
Yenilənmiş rəqəmlərə əsasən, yalnız iyulun 7-dən bəri yaralanan ABŞ hərbçilərinin rəsmi sayı 207 nəfər təşkil edir.
Qeyd edilir ki, ümumilikdə fevralın 28-də İsrail və ABŞ-ın İrana qarşı başladığı hərbi əməliyyatlardan indiyədək 624 ABŞ hərbçisi müxtəlif dərəcəli xəsarətlər alıb.
İran əməliyyatları başlayandan bəri 624 ABŞ hərbçisi yaralanıb