Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyulun 27-də respublikanın şəhər, rayon polis orqanlarında və Daxili Qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.
Postxronika.az xəbər verir ki, Bakı şəhərində təşkil olunan sıra baxışında DİN-ə onlayn qaydada müraciət etmiş gənclər arasından daha hazırlıqlı olan 167 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərini də uğurla başa vuraraq xidmətə qəbul ediləcək namizədlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, müvafiq tapşırıq və tövsiyələrini verib.