İyulun 28-də Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Postxronika.az Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir ki, havanın temperaturu gecə 22-25°, gündüz 29-33° isti təşkil edəcək. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 50-60 % olacaq.

​Ölkənin rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq, qərb küləyi ayri-ayrı yerlərdə vaxtaşırı güclənəcək.

​Havanın temperaturu gecə 22-27°, gündüz 35-39°, bəzi yerlərdə 40-41° isti, dağlarda isə gecə 15-20°, gündüz 25-30° isti olacaq.