Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında ilk futbol dünya çempionatının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.

Postxronika.az xəbər verir ki, sərəncama əsasən, FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026-cı il 22–31 oktyabr tarixlərində Azərbaycanda təşkil olunacaq.

Sənədə əsasən, yarışın yüksək səviyyədə keçirilməsi məqsədilə aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, bu turnir 15 yaşınadək oğlan futbolçular arasında keçiriləcək ilk FIFA dünya çempionatı olacaq və Azərbaycan yarışa ev sahibliyi edən ilk ölkə kimi tarixə düşəcək.