Yunanıstanın Saloniki şəhəri yaxınlığındakı Pylaia rayonunda baş verən meşə yanğını səbəbindən əhaliyə təxliyə xəbərdarlığı edilib.

Postxronika.az xəbər verir ki, ölkənin mülki müdafiə orqanları Avropanın vahid fövqəladə yardım sistemi olan “112” vasitəsilə sakinlərin mobil telefonlarına iki xəbərdarlıq mesajı göndərib.

Yanğının söndürülməsinə 27 yanğınsöndürən, 12 xüsusi texnika, könüllülər, iki yanğınsöndürən təyyarə və dörd helikopter cəlb olunub.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, vəziyyət nəzarət altındadır. Hazırda alovun yaşayış məntəqələrinə yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.