Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli avqustun 6-sı saat 14:00-da Agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşəcək.

Postxronika.az xəbər verir ki, qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və digər mərhələlərdə çalışan şəxslər narahatlıq doğuran məsələlərlə bağlı Agentlik sədrinə müraciət edə bilərlər.

​Görüşdə iştirak etmək istəyənlər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və əlaqə nömrəsini qeyd etməklə info@afsa.gov.az elektron poçt ünvanı, (+994 77) 100 32 56 telefon nömrəsi və ya "WhatsApp" vasitəsilə avqustun 5-i saat 16:00-dək qəbula yazıla bilərlər.