Milli Hidrometeorologiya Xidmətinin iyulun 28-i saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahid olunur.
Postxronika.az xəbər verir ki, hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22 m/s, Culfada 21 m/s, Neftçalada 20 m/s, Naftalanda isə 18 m/s-dək güclənib.
Ölkə ərazisində müşahidə olunan küləkli havanın bu gün günorta saatlarından itibaren tədricən mülayimləşəcəyi gözlənilir.