Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının üzvlərindən biri dəyişib.

Postxronika.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin müvafiq qərarında dəyişiklik edib.

​Qərara əsasən, bundan sonra TƏBİB Mərkəzi Çağırış Komissiyasının tərkibində İcraçı direktor səviyyəsində deyil, direktor müavini səviyyəsində təmsil olunacaq.