İstismar müddəti bitmiş qəzalı su xəttinin bir hissəsinin yenisi ilə əvəz olunması işləri ilə əlaqədar iyulun 28-i səhər saatlarından iyulun 30-u günorta saatlarınadək bəzi ərazilərə içməli suyun verilməsində fasilə yaranacaq.

Postxronika.az xəbər verir ki, su kəsintisi Abşeron rayonunun Saray, Ceyranbatan, Mehdiabad, Fatmayı, Goradil qəsəbələrinin və Corat bağ massivinin, eləcə də Sabunçu rayonunun Kürdəxanı, Pirşağı, Ramana, Maştağa, Bilgəh və Nardaran qəsəbələrinin bəzi ərazilərini əhatə edəcək.