İyulun 28-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Postxronika.az xəbər verir ki, söhbət zamanı ikitərəfli və beynəlxalq gündəliyə dair aktual məsələlər müzakirə olunub. Liderlər Azərbaycan-Rusiya əlaqələrinin konstruktiv xarakter daşıdığını, hökumətlər və müvafiq strukturlar xətti ilə fəal dialoqun davam etdirildiyini vurğulayıblar.
Telefon danışığı əsnasında tərəflər qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını bir daha təsdiqləyiblər.