İyulun 29-da Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir.
Postxronika.az Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir ki, yarımadada şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-25°, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz isə 40-50 faiz təşkil edəcək.
Ölkənin rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-27°, gündüz 35-39°, bəzi yerlərdə 40° isti, dağlarda isə gecə 15-20°, gündüz 25-30° isti təşkil edəcək.