Azərbaycan “Gəmilərin ballast sularının və çöküntülərinin idarə edilməsi və nəzarətinə dair” Beynəlxalq Konvensiyaya qoşulub.

Postxronika.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

Qanuna əsasən, Azərbaycan Respublikası 2004-cü il fevralın 13-də London şəhərində imzalanmış “Gəmilərin ballast sularının və çöküntülərinin idarə edilməsi və nəzarətinə dair” Beynəlxalq Konvensiyaya qoşulub.

Qeyd edək ki, sənəd gəmilərin ballast suları və çöküntüləri vasitəsilə invaziv su orqanizmlərinin və patogenlərin yayılmasının qarşısının alınması, dəniz mühitinin mühafizəsi və ballast sularının idarə olunmasına beynəlxalq nəzarət mexanizmlərinin tətbiqini nəzərdə tutur.