Azərbaycanın Tacikistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əlimirzamin Əskərov vəzifəsindən geri çağırılıb.
Postxronika.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Əlimirzamin Qəvvam oğlu Əskərov Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Qərar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndinə əsasən qəbul edilib.