Bakıda təşkil olunan U-17 dünya çempionatında Azərbaycanın yunan-Roma güləşçisi Orxan Həbibli bürünc medal qazanıb.
Postxronika.az xəbər verir ki, 65 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz 3-cü yer uğrunda görüşdə hindistanlı Kunal Daqalı 7:5 hesabı ilə məğlub edərək fəxri kürsüyə qalxıb.
Daha əvvəl yunan-Roma güləşçimiz Ömər Salmanov (48 kq) da mundialın bürünc medalına sahib çıxıb. Bu gün, həmçinin İsfahan Həsənov (80 kq) qızıl medal uğrunda həlledici görüşə çıxacaq.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatında 60-dan çox ölkədən 700-ə yakın yeniyetmə pəhləvan iştirak edir. Azərbaycanı yarışda 29 idmançı təmsil edir.