İyulun 27-də ölkə ərazisində qeydə alınan 38 və əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Postxronika.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, keçirilən tədbirlər nəticəsində cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.
Bundan başqa, axtarışda olan ümumilikdə 103 nəfər (o cümlədən borclu şəxs qismində axtarılan 74 nəfər) saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Əməliyyatlar zamanı narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 6 fakt müəyyən edilib.