İyulun 30-da Azərbaycanda havanın temperaturu 39 dərəcəyədək yüksələcək.  

Postxronika.az   Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, mülayim şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 24-26° isti, gündüz 29-33° isti təşkil edəcək. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 60-70%, gündüz isə 50-55% olacaq.  

​Ölkənin rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı ehtimal edilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan, şimşək və dolu gözlənilir. Bəzi dağlıq yerlərdə duman olacaq, şərq küləyi bəzi ərazilərdə arabir güclənəcək.  

​Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-39° isti, dağlarda isə gecə 15-20° isti, gündüz 23-28° isti olacaq.