Ceyranbatan–Maştağa magistral su xəttinin 6-cı kilometrində diametri 1200 mm olan borunun istismar müddəti bitmiş 22 metrlik qəzalı hissəsi yenisi ilə əvəzlənib.  

Postxronika.az İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir ki, işlər fasiləsiz rejimdə aparılıb və hazırda təmir-bərpa prosesi yekunlaşmaq üzrədir.  

​Növbəti mərhələdə xəttin yuyulması, içməli su ilə doldurulması, müvafiq anbarlara çatdırılması və ərazidaxili şəbəkələrə ötürülməsi həyata keçiriləcək.