Azərbaycan Dəmir Yollarının (ADY) “ADY Mobile” mobil tətbiqi 500 min yüklənmə sayını ötərək sərnişinlərin səyahətini daha rahat və sürətli edir.

Postxronika.az ADY-yə istinadən xəbər verir ki, tətbiq vasitəsilə sərnişinlər qatarların hərəkət cədvəlini izləyə, beynəlxalq, ölkədaxili və Abşeron dairəvi dəmir yolu marşrutlarına bilet ala və onları yaxınları ilə PDF formatında bölüşə bilirlər.

​Tətbiq vasitəsilə satışlarda da kəskin artım qeydə alınıb. Belə ki, 2023-cü ilin noyabrında ölkədaxili bilet satışlarının 11%-i tətbiqin payına düşdürsə, 2026-cı ilin iyun ayında bu göstərici 50%-ə çatıb. Bundan başqa, tətbiqdəki "SİMA Pay" (üz tanıma ilə ödəniş) funksiyasını artıq 10 minə yaxın istifadəçi aktivləşdirib.

​Platformanın imkanlarının növbəti dövrdə yeni funksiyalarla daha da genişləndirilməsi planlaşdırılır.