​“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “TABİA Group” və “Lankaran Springs Wellness Resort” mehmanxanasının tərəfdaşlığı ilə keçirilən 5-ci “YAŞAT” düşərgəsinin yeddinci həftəsinə start verilib.

Postxronika.az xəbər verir ki, 14 yaşlı 37 şəhid övladının iştirak etdiyi həftənin açılışından öncə Xanbulan gölünə ekskursiya təşkil olunub.

​Düşərgə çərçivəsində uşaqlar üçün idman məşqləri, psixoloji təlimlər, boulinq, "Faceart" və oyun parkı əyləncələri təşkil edilib. Həmçinin teleaparıcı Ağa Nadirovla görüş keçirilib, "ABAD" tərəfindən ustad dərsləri aparılıb.

​Qeyd edək ki, layihə çərçivəsində ümumilikdə 400-ə yaxın şəhid övladının istirahətinin təşkili nəzərdə tutulub.