Türkiyənin “Fənərbağça” klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda Polşada “Qurnik”lə qarşılaşıb.
Postxronika.az xəbər verir ki, “Zabje Arena”da keçirilən görüş 0:0 hesabı ilə başa çatıb. İstanbulda baş tutan ilk matçda 1:0 hesablı qələbə qazanan “Fənərbağça” iki oyunun nəticəsinə əsasən III təsnifat mərhələsinə vəsiqə qazanıb.
İstanbul təmsilçisi növbəti mərhələdə Avstriyanın “Şturm” klubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları avqustun 4-5-də, cavab görüşləri isə avqustun 11-də keçiriləcək.