ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni hərbi zərbələr endiriləcəyini bəyan edib.
Postxronika.az xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında növbənin ABŞ-də olduğunu bildirərək, Vaşinqtonun İrana çox güclü zərbə endirəcəyini deyib.
ABŞ Prezidenti İran tərəfinin bunu etməmələrini xahiş etdiyini qeyd edib.
“Amma bilirsiniz ki, ötən gecə onlar bizi vurmağa çalışdılar. Saatda 8500 mil sürətlə hərəkət edən beş raketi yerə saldıq. Onlar bunu atdılar, ona görə də növbə bizimdir”, – deyə Donald Tramp bildirib.