Pakistan, ABŞ və İran arasında dialoqun bərpası və hərbi gərginliyin azaldılması istiqamətində səylərini davam etdirdiyini açıqlayıb.


Postxronika.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Andrabi brifinqdə məlumat verib.


Onun sözlərinə görə, tərəflər arasında, xüsusilə də Hörmüz boğazındakı vəziyyətin normallaşdırılması məqsədilə danışıqlar davam edir. Andrabi bildirib ki, Pakistan dialoq və diplomatiyanı dəstəkləyir, hərbi əməliyyatların dayandırılması və ABŞ ilə İran arasında danışıqların bərpasına yönəlmiş bütün təşəbbüsləri alqışlayır.


XİN sözçüsü qeyd edib ki, İslamabad hər iki tərəfin ötən ay imzalanmış İslamabad Anlaşma Memorandumuna qayıtması və 22 iyun tarixli Pakistan–Qətər birgə bəyanatının ruhuna zidd olan fikir ayrılıqlarının aradan qaldırılması üçün səylərini gücləndirir.


Tahir Andrabi Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin hələ də qeyri-sabit olaraq qaldığını vurğulayaraq, Vaşinqton və Tehranı maksimum təmkin nümayiş etdirməyə, texniki səviyyədə danışıqları bərpa etməyə və əldə olunmuş razılaşmalara sadiq qalmağa çağırıb.


Qeyd edək ki, ABŞ və İran aprel ayında atəşkəslə bağlı razılığa gəlsələr də, daha sonra İsveçrədə imzalanmış İslamabad Anlaşma Memorandumundan sonra bölgədə baş verən son hərbi əməliyyatlar razılaşmanın gələcəyi ilə bağlı suallar yaradıb.