“Biletim.az” portalı və mobil tətbiqində istifadəçilərin rahatlığını təmin etmək məqsədilə növbəti təkmilləşdirmələr aparılıb.
Postxronika.az xəbər verir ki, yeni funksionallıq vasitəsilə bilet alarkən şəxsiyyət vəsiqəsi məlumatlarını (FİN kod və seriya nömrəsi) əllə daxil etməyə ehtiyac qalmır. Sərnişinlər sənədi telefon vasitəsilə skan edərək şəxsi məlumatlarını daha sürətli formada tətbiqə əlavə edə bilirlər.
Bundan başqa, tətbiqin “Xəritə” bölməsində avtobusların faktiki yeri və son təyinat məntəqəsinə çatacağı vaxt, “Dayanacaqlar” bölməsində isə minik yerlərinin ünvanı və əlaqə nömrələri yer alıb.
Qeyd edək ki, hazırda “Biletim.az” portalı vasitəsilə 58 məntəqə üzrə 94 istiqamətə bilet satışı həyata keçirilir. Sistemə 372 reys üzrə 420 nəqliyyat vasitəsi inteqrasiya olunub.