Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Abşeron və Qaradağ rayonlarında növbəti əməliyyatlar keçirilib.

Postxronika.az DİN-ə istinadən xəbər verir ki, tədbirlər nəticəsində əvvəllər oğurluğa görə məhkum olunmuş Ramil Əliyev və Nihat Abdurrahmanov saxlanılıblar. Onlardan ümumilikdə 57 kiloqram müxtəlif növ ağır narkotik vasitə (heroin, metamfetamin, tiryək, həşiş qətranı, marixuana) və 1981 ədəd metadon həbi aşkarlanaraq götürülüb.

​Araşdırmalarla saxlanılan şəxslərin xarici narkotacirlərin tapşırığı ilə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən maddələrin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən olunub.

​Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.