Ermənistan hökuməti növbədənkənar parlament seçkilərinin yekunlarına əsasən yeni Nazirlər Kabinetinin formalaşdırılması ilə əlaqədar avqustun 2-də istefa verəcək.
Postxronika.az xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan hökumətin iclasında məlumat verib.
O, bildirib ki, bazar günü Nazirlər Kabineti səlahiyyətlərinə xitam verəcək və bu, hazırkı heyətlə sonuncu iclasdır.
"Qanunvericiliyə əsasən, parlamentin yeni tərkibdə ilk iclası günü köhnə hökumət istefaya gedir. Bundan sonra Ermənistan Prezidenti parlamentdə çoхluq təşkil edən partiyanın namizədini baş nazir postuna təyin edəcək", — deyə Paşinyan vurğulayıb.
Qeyd edək ki, keçirilmiş parlament seçkilərində Paşinyanın rəhbərlik etdiyi hakim "Vətəndaş müqaviləsi" partiyası qələbə qazanaraq yeni hökuməti təkbaşına formalaşdırmaq hüququ əldə edib.