Azərbaycanın minifutbol üzrə U-23 milli komandası yoxlama oyununda Qazaxıstanın müvafiq yaş qrupundan ibarət yığmasını 2:0 hesabı ilə məğlub edib.  

Postxronika.az Azərbaycan Minifutbol Federasiyasına istinadən xəbər verir ki, iyulun ilk həftələrindən hazırlıq keçən Rəcəb Fərəczadənin baş məşqçi olduğu seçmə komandamız Bakı toplanışında olan rəqibini üstələməyi bacarıb.  

​Hər iki kollektiv oktyabr ayında Xorvatiyada təşkil olunacaq dünya çempionatına hazırlıq məqsədilə qarşılaşıb.  

​Qeyd edək ki, oktyabrın 7-də start götürəcək mundialda Azərbaycan millisi B qrupunda Kolumbiya, Slovakiya və İraq yığmaları ilə mübarizə aparacaq.