Azərbaycan Hava Yolları (AZAL) İstanbul və Tbilisi istiqamətlərində uçuş proqramını genişləndirib.

Postxronika.az aviaşirkətin mətbuat xidmətinə istinadən xəbər verir ki, tələbatın çox olması ilə əlaqədar 4 avqust – 30 sentyabr tarixləri arasında Bakı – İstanbul marşrutu üzrə həftəlik reyslərin sayı 17-dən 21-ə çatdırılıb. 2–30 avqust tarixlərində isə Bakı – Tbilisi istiqamətində həftəlik reyslərin sayı 42-dən 46-ya qaldırılıb.

​Qeyd olunub ki, əlavə reyslər artan sərnişin axınını qarşılamaq və uçuş seçimlərini genişləndirmək məqsədi daşıyır.

​Aviabiletləri AZAL-ın rəsmi saytından, mobil tətbiqindən, kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür.