Sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə 135 nömrəli marşrut xətti üzrə avtobuslar dəyişdirilir.

Postxronika.az xəbər verir ki, avqustun 1-dən etibarən Xırdalan şəhərini metronun "Memar Əcəmi" stansiyası ilə əlaqələndirən 135 nömrəli müntəzəm marşrut xəttində istismar olunan dizel mühərrikli nəqliyyat vasitələri CNG texnologiyası ilə təchiz edilmiş böyüktutumlu “İveco” markalı avtobuslarla əvəz olunacaq.

​Yenilənən avtobuslarda gedişhaqqı 0,60 AZN müəyyən edilib və ödəniş yalnız nağdsız qaydada həyata keçiriləcək.