​“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “TABİA Group” və “Lankaran Springs Wellness Resort” Hotelin tərəfdaşlığı ilə keçirilən 5-ci “YAŞAT” düşərgəsinin sonuncu həftəsi yekunlaşıb.

Postxronika.az xəbər verir ki, 14 yaşlı 37 şəhid övladının iştirak etdiyi sonuncu həftə zəngin və maarifləndirici proqramlarla yadda qalıb. İştirakçılar psixoloji terapiyalar, parkur, piknik, intellektual yarışlar, eləcə də ağız və diş sağlamlığına həsr olunmuş maarifləndirici təlimlərdə iştirak ediblər. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə uşaqlar idman normativlərini yerinə yetirib, həftə ərzində düşərgə iştirakçısı Rövşən Hüseynovun doğum günü qeyd olunub.

​Düşərgənin sonunda ASAN Radio/TV-nin dəstəyi ilə Xalq artisti Nazpəri Dostəliyevanın və müğənni Ceyhun Qalanın iştirakı ilə konsert proqramı təşkil edilib.

​Bununla da yekunlaşan beşinci “YAŞAT” düşərgəsində layihə çərçivəsində ümumilikdə 400-ə yaxın şəhid övladı iştirak edib.