ABŞ Prezidenti Donald Tramp İranın danışıqlarla bağlı mövqeyini tənqid edib.
Postxronika.az xəbər verir ki, Tramp bu barədə Kabinet iclasında çıxışı zamanı danışıb.
O bildirib ki, İran hər zaman danışıq aparmaq istədiyini desə də, tez-tez verdiyi sözlərdən geri çəkilir.
ABŞ Prezidentinin sözlərinə görə, Vaşinqtonun əsas məqsədi qalib gəlməkdir.
“Biz sadəcə qazanmaq istəyirik. Biz çox yaxşı iş görürük. Belə bir vəziyyətdə mümkün qədər mehriban olmağa çalışırıq. Onların nüvə silahı ola bilməz. Əgər olsaydı, Yaxın Şərq artıq yer üzündən silinmiş olardı. Biz onları çox sərt vuracağıq. Bir anda deyəcəklər ki, biz artıq buna dözə bilmərik”, – deyə Tramp bildirib.