Beyləqan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Postxronika.az xəbər verir ki, qəza Hacıqabul–Bəhrəmtəpə–Mincivan avtomobil yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.


İlkin məlumata görə, “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq su kanalına düşüb.


Hadisə nəticəsində Əliyev Şəfa Süleyman oğlu həyatını itirib. Yaralanan Əliyev Əlizamin Şəfa oğlu, Həsənov Həsən Əbilqasım oğlu və Məmmədov Zəfər Gülmirzə oğlu Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.


Faktla bağlı araşdırma aparılır.