ABŞ Prezidenti Donald Tramp Ukraynanın “Patriot” hava hücumundan müdafiə sistemlərini istehsal etməsi ilə bağlı hələlik heç bir razılaşmanın əldə olunmadığını bildirib.

Postxronika.az xəbər verir ki, Tramp bu barədə Kabinet iclasında çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, məsələ ilə bağlı danışıqlar davam etsə də, bu cür texnologiyanın ötürülməsi olduqca həssas məsələdir.

“Dünyanın ən güclü silahlarına sahibik. Prezident Zelenski bir neçə “Patriot” və “Tomaqavk” əldə etmək istərdi. Bu silahlar inanılmazdır. Kiminsə onları istehsal etməsinə icazə vermək məsələsində çox diqqətli olmalıyıq”, – deyə Tramp bildirib.