Bu gün səhər saatlarında vəfat edən Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasiminin və dəfninin təfərrüatları bəlli olub.
Postxronika.az Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, mərhum şairlə vida mərasimi avqustun 2-də saat 11:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
Xalq şairi mərasimdən sonra, saat 13:00-da I Fəxri xiyabanda torpağa tapşırılacaq.