Qazaxıstan Hərbi Dəniz Qüvvələrində gəmi birləşmələrinin, hərbi idarəetmə orqanlarının və gəmi taktiki qruplarının hazırlığının təkmilləşdirilməsinə yönəlmiş tədbirlər yekunlaşıb.

Postxronika.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, komanda-qərargah məşqləri, qərargah təlimləri və praktiki məşğələlər zamanı hərbi qulluqçular döyüş əməliyyatlarının planlaşdırılması, qüvvələrin idarə olunması, rabitənin təşkili, qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi və hərtərəfli təminat üzrə bacarıqlarını təkmilləşdiriblər.

Təlimlərdə dəyişən şəraitdə operativ qərarların qəbulu, gəmi taktiki qruplarının dayanıqlı idarə olunması, dəstək qüvvələri ilə qarşılıqlı fəaliyyətin təşkili, eləcə də silah və texniki vasitələrdən səmərəli istifadə əsas prioritetlərdən olub.

Praktiki mərhələ bazalanma məntəqələri və dəniz poliqonlarında keçirilib. Gəmi heyətləri taktiki qruplar tərkibində birgə üzmə, manevr, naviqasiya təminatı, rabitə və idarəetmə üzrə tapşırıqları yerinə yetiriblər.

Yekun taktiki təlimin nəticələrinə əsasən, qərargahların və gəmi taktiki qruplarının qüvvələri idarə etməyə, həmçinin qarşıya qoyulan təlim-döyüş tapşırıqlarını icra etməyə hazır olduğu təsdiqlənib.