İtaliyanın Vareze şəhərində keçirilən akademik avarçəkmə üzrə Avropa çempionatında Azərbaycan təmsilçiləri uğurlu nəticəyə imza atıblar.

Postxronika.az xəbər verir ki, Azərbaycan Su İdman Növləri Federasiyasını təmsil edən Ziya Məmmədzadə və Nurlan Paşayev ikinəfərlik qayıqda final yürüşünü ikinci pillədə başa vuraraq Avropa çempionatının gümüş medalına sahib olublar.

Yüngülçəkili idmançıların mübarizəsində əldə olunan bu nəticə Azərbaycan avarçəkməsi üçün növbəti uğur kimi qiymətləndirilir.

Qeyd edək ki, Ziya Məmmədzadə və Nurlan Paşayev bundan əvvəl iyunun 12–14-də Bolqarıstanın Plovdiv şəhərində keçirilən akademik avarçəkmə üzrə Dünya Kubokunda bürünc medal qazanıblar.