Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilib.
Postxronika.az xəbər verir ki, tədbirdə GAİM-in həftəsonu məktəbinin və rəsm dərnəyinin şagirdləri iştirak ediblər.
Bildirilib ki, tədbirdə Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsinin əhəmiyyəti vurğulanıb.
Şagirdlər ana dilinə həsr olunmuş şeirlər səsləndirib, Azərbaycan dilinə sevgilərini ifadə ediblər. Rəsm dərnəyinin üzvləri isə bu günə həsr etdikləri rəsm əsərlərini nümayiş etdiriblər.
Qeyd olunub ki, bu cür təşəbbüslər uşaqlarda ana dilinə, milli-mənəvi dəyərlərə və Azərbaycan əlifbasına hörmət hissinin formalaşmasına, onların milli kimlik ruhunda yetişməsinə mühüm töhfə verir.