Ötən gün vəfat edən Xalq şairi Nəriman Həsənzadə ilə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilir.

Postxronika.az xəbər verir ki, mərasimdə görkəmli şairin ailə üzvləri, sənət dostları, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edirlər.

​Xalq şairi vida mərasimindən sonra Birinci Fəxri xiyabanda torpağa tapşırılacaq.