Azərbaycanın sərbəst güləşçisi İbrahim Həsənov Bakıda keçirilən U-17 dünya çempionatında bu gün qızıl medal uğrunda görüşə çıxacaq.

Postxronika.az xəbər verir ki, 51 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü final qarşılaşmasında İran təmsilçisi Benyamin Mayvanla gücünü sınayacaq.

​Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan yarışa bu gün yekun vurulacaq.