Ermənistanın Baş naziri Nikol Paşinyan istefa verib, Nazirlər Kabineti səlahiyyətlərini dayandırıb.  

Postxronika.az xəbər verir ki, bu barədə Baş nazir sosial şəbəkə hesablarında paylaşım edib.  

​“Konstitusiyanın 158-ci maddəsinə əsasən, yeni seçilmiş parlamentin ilk sessiyasının keçirildiyi gün hökumət istefasını təqdim edir”, - deyə o bildirib.  

​Qeyd edək ki, bu, yeni çağırış parlament fəaliyyətə başladıqdan sonra Konstitusiyanın tələbinə uyğun həyata keçirilən formal prosedurdur.